“Haqqınızı halal edin”!- Valideyndən müəllimlərə TƏŞƏKKÜR | |
Bu gücün çoxsaylı nümunələri var. Sadalamaq və vaxtınızı almaq istəmirəm. Amma bu gücün nümunəsi dünən axşam saatlarında respublikanı ağuşuna almışdı. Təbrik mesajları, təbrik zəngləri, sevinc göz yaşları, həyəcan və s.
Düzdü, bu son deyil. Qəbul olmayan dostlarımızı da unutmur və deyirəm ki, həyat qabaqdadır. Əzmli olun!
Dəyərli müəllimlərimiz- Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban xanım Vəliyeva başda olmaqla bütün kollektiv, tarix müəllimimiz Pərviz Ağalarov və hər bir müəllimimiz, rica edirəm ki, bir valideyn kimi Sizə təşəkkür borcumuzu qəbul edin! Əziyyətiniz çox, haqqınız böyükdür...
Etibar Talıbov, Nağı müəllim, Ellada xanım, Sizə ayrıca təşəkkür edirəm.
11 il öncə yola çıxdığımız orta təhsil pilləsində Toğrulun bir vətəndaş kimi formalaşmasında zəhmətiniz bizdən artıq oldu. Haqqınızı halal edin! İndi isə tələbə valideyni kimi Jurnalistika ixtisasına yiyələnmək üçün Azərbaycan Dillər Universitetini seçib, dövlət sifarişi ilə təhsil imkanı qazanmış Toğrula müstəqil həyatda uğurlar diləyirəm. Dövlətimizi, bayrağımızı, millətimizi, müəllimimizi müqəddəs bil!
Füzuli İsmayılov |
|
24.09.2020 | 17:51 | |
|
|
|