“World Skills International” təşkilatına üzvlük çərçivəsində görüş

Sentyabrın 23-də Təhsil naziri Emin Əmrullayev “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə onlayn formatda görüşüb.

 

Görüşün məqsədi Azərbaycanın WSI təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi çərçivəsində ölkənin qarşısında duran əsas prioritetlərin və üzvlüyün ölkə üçün yaradacağı imkanların müzakirəsindən ibarət olub. 

 

Görüş zamanı WSI təşkilatına üzvlüyün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində görülən tədbirlərin məntiqi davamı olduğu vurğulanıb. 

 

Görüşdə həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.

 

Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin Olimpiadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi, cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması və  beləliklə, üzvlüyün təsdiqlənməsi gözlənilir.

 

 



24.09.2020 | 16:48