Xarici ali təhsil sahəsində ixtisasların tanınması və nostrifikasiyası qaydalarında edilən dəyişiklik

Nazirlər Kabinetinin 2020-ci il 21 sentyabr tarixli müvafiq Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilib. 

 

Dəyişikliyə əsasən, xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlərə görə dövlət rüsumunun ödənilməsi ləğv olunub və Nazirlər Kabineti tərəfindən müəyyən edilməli olan məbləğdə xidmət haqqı ilə əvəzlənib. 

 

Qeyd edək ki, hazırda sözügedən xidmət haqqı məbləğinin miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyi üçün xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvəqqəti olaraq ödənişsiz qaydada həyata keçirilməkdədir.

 

 



22.09.2020 | 16:10