Öyrənmək yanğısı

Evdə internet çıxışı olmayan cakartalı şagirdlər (İndoneziya) uzaqdan təhsil ala bilmək naminə pulsuz wi-fi girişi əldə etmək üçün plastik tullantılar toplayırlar.  COVID-19 pandemiyası səbəbindən mart ayından  məktəblər bağlandığından milyonlarla indoneziyalı şagird uzaqdan öyrənmək məcburiyyətində qalıb.

 

Koronavirus pandemiyası İndoneziya məktəblərini bağlamağa məcbur etdikdə məlum oldu ki, Cənub-Şərqi Asiya ölkəsindəki milyonlarla ailənin internet çıxışı yoxdur. Hətta mobil telefon  kimi bir cihazla uzaqdan öyrənmə imkanı da mümkün deyil…  

 

Beləliklə, məktəblilər  və könüllülər problemi həll etmək üçün yaradıcı yollar tapdılar.  Son iki ay ərzində 15 yaşlı Dimas Əvər Putra və onun bir dostu  Cakarta rayonunda plastik zibil topladılar və bunun qarşılığında  internetə çıxış əldə etdilər.

 

Evdə internetə çıxışı olmayan, iki tələbəyə bir kiloqram (2,2 funt) plastik tullantı  toplamaq lazımdır  ki, onlar həftədə üç dəfə , təxminən üç saat ərzində online təlimlə məşğul ola bilsinlər.

 

"Zibil yığmaq mənim üçün bir xeyriyyəçilik kimidir və bunun xaricində pulsuz internet məlumatları da əldə edirik", -deyə Dimas bildirir.
Wi-Fi stansiyası Linga Solixina məxsusdur, o, şagirdlər tərəfindən yığılmış plastik tullantıları satmaqla məşğuldur və  ayda 340 000 rupi ($22) müqabilində şagirdlərin kiçik qruplarına öyrənmə imkanı verir.

 

"Problem ayın sonuna qədər internet məlumatlarının tükənməsindədir ... və onlar daha öyrənə bilməyəcəklər",- deyə Linga bildirir.

 

Cakartanın təxminən 80 km (50 mil) cənubundakı Bogor yaxınlığındakı bir   bölgədə könüllülər şagirdlərin internetdən istifadə edə bilməsi üçün birhəftəlik mobil şəbəkə verici ilə təchiz olunmuş avtomobili ucqar kəndlərə gətirirlər. "Məktəb Könüllüləri" şagirdlərə  noutbuk və mobil telefonlar təqdim edir.

 

"Onlayn təhsil problemi ondan ibarətdir ki, mən telefondan nadir hallarda istifadə edirəm, öz telefonumu valideynlərimlə bölüşürəm", - 14 yaşlı Dafa Mahes Sudirman bildirib. O,  təxminən 30 başqa məktəbli ilə birlikdə öz kəndlərindəki  taxta sarayda onlayn təhsil almaq şansından istifadə edir.

 

İndoneziyanın İnternet Xidmət Təchizatçıları Birliyinə görə, 2019-cu ilin ortalarında ölkənin , təqribən 60 milyon ev təsərrüfatından yalnız altıdan birinin internet bağlantısı olub.

 

Oruc MUSTAFAYEV



21.09.2020 | 15:07