Beynəlxalq ikili diplom proqramının açılış mərasimi

Sentyabr 18-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşən Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin (CVU) magistr pilləsində “Təhsilin idarə olunması və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom proqramının onlayn açılış mərasimi keçirilib.

 

Mərasimdə Təhsil naziri Emin Əmrullayev, ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberg, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, ADPU-nun rektoru Cəfər Cəfərov, Corc Vaşinqton Universiteti Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Michael Feuer, həmçinin Təhsil Nazirliyindən, Dövlət Proqramı İdarəetmə Qrupundan, ADPU-dan və CVU-dan digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Mərasimdə, həmçinin qeyd edilən beynəlxalq ikili diplom proqramına qəbul olmuş 25 tələbənin iştirakı da təmin olunub.

 

Mərasim zamanı Təhsil naziri və digər qonaqlar çıxışlar edərək tələbələri təbrik edib, proqramın yaradılması və ümumi proqram haqqında məlumat verib və yeni tədris ilində tələbələrə uğurlar arzulayıblar.

 

Tədbirdə tələbələr adından Vəfa Nazirova çıxış edərək öz təəssüratlarını bildirib.

 

 



19.09.2020 | 12:21