Gəncə Dövlət Universiteti tələbəsinin uğuru

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında “boşluq” (“remote code execution”) tapdığına görə İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Kristian Heymer  Gəncə Dövlət Univesitetinin (GDU) iqtisadiyyat-idarəetmə fakültəsinin  IV kurs tələbəsi Veysəl Xankişiyevə  təşəkkür məktubu göndərib.

 

Bu barədə GDU –dan məlumat verilib.

 

Məktubda Harvard Universitetinin İnformasiya Təhlükəsizliyi Departamenti Veysəl Xankişiyevə alt domeni ələ keçirdiyini və problemin necə ortaya çıxmasını bildirdiyinə görə minnətdarlıq  edib. Harvard Universiteti sistem və şəbəkəyə təsir göstərən informasiya təhlükəsizliyindəki problemlər haqqında məlumatı yüksək qiymətləndirib.

 

Universitetdən bildirilib ki, bu, 21 yaşlı tələbənin ilk uğuru deyil. O, daha öncə həm Azərbaycanda, həm də xaricdə konkret olaraq  Arizona Universiteti, “Microsoft”, eləcə də başqa təhsil müəssisələri və şirkətlərinin veb-saytlarında bir sıra boşluqlar tapıb.

 



16.09.2020 | 16:24