"Rəqəmsal bacarıqlar" layihəsinə yeni qoşulan məktəblərin direktorları ilə onlayn konfrans | |
“Rəqəmsal bacarıqlar" layihəsinin tətbiq olunacağı yeni ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn konfrans keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilüfər Rəhimova, "Alqoritmika - Azərbaycan” şirkətinin layihələr üzrə şöbəsinin direktoru Qəmər Məmmədova və təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov yeni tədris ilində təhsil prosesinin karantin rejimində təşkili qaydaları barədə danışıb.
Daha sonra Nilüfər Rəhimova və Qəmər Məmmədova layihənin yeni məktəblərdə tətbiq olunma mərhələləri barədə ətraflı məlumat veriblər. Şagirdlərin alqoritmik və məntiqi düşüncə qabiliyyətlərini, eləcə də proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Azərbaycanda “Rəqəmsal bacarıqlar" layihəsinin 2017-2018-ci tədris ilindən etibarən həyata keçirildiyi qeyd olunub.
Bildirilib ki, yeni tədris ilində layihəyə 100 yeni məktəb cəlb olunacaq. Beləliklə, 2020-2021-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki üzrə 222 məktəbin II-IX siniflərindən ibarət olan 100 mindən çox şagirdi və 1100-dən çox müəllimi əhatə edəcək.
Layihə barədə ətraflı məlumat verildikdən sonra layihə təmsilçiləri direktorların suallarını cavablandırıblar.
|
|
15.09.2020 | 16:47 | |
|
|
|