Paytaxtda 44 686 şagird I sinifdə təhsil alır | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 44 686 şagird I sinifdə təhsil alır. Ümumilikdə 44 686 birinci sinif şagirdindən 44 279 nəfəri ümumi təhsil məktəblərinin, 407 nəfəri isə lisey və gimnaziyaların şagirdləridir.
Qeyd edək ki, 2020-2021-ci dərs ili üçün I sinfə elektron şagird qəbulu martın 10-da başlayıb. Birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
|
|
15.09.2020 | 15:48 | |
|
|
|