"Keçmişə bax, gələcəyi qur"

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Qax şəhər 4 nömrəli tam orta məktəbdə "Keçmişə bax, gələcəyi qur" mövzusunda  elmi-praktik konfrans keçirilib.        

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günay Mahmudovanın verdiyi məlumata görə, konfransda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şərait, dövlətin möhkəmləndirilməsi yönündə atılan addımlar, qonşu dövlətlərlə münasibəti, xarici siyasəti və süqutu ilə bağlı fikirlər müzakirə edilib. Cümhuriyyətin yaradılması və fəaliyyətində rolu olan şəxsiyyətlər,  onların tariximizdəki rolunun dəyərləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.

 

Sonda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Qaliblər rayon təhsil şöbəsinin diplomu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qax rayon komitəsinin hədiyyələri ilə mükafatlandırılıblar.

 

Şakir CƏFƏROV



31.05.2018 | 10:11