“Postpandemiya dövründə birlik” layihəsi çərçivəsində təlimlər | |
“Postpandemiya dövründə birlik” adlı layihə çərçivəsində təlimlər davam etdirilir.
Layihə çərçivəsində pandemiyadan sonrakı həyat tərzi, təhsil və karyera mövzularını əhatə edən təlimlər keçirilib. Keçirilən üç təlim sessiyası Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü və Beynəlxalq Əmək Təşkilatı,Birləşmiş Millətlər Təşkilatlarının İnkişaf Proqramının təlimçisi Saleh Həsənovun iştirakı ilə baş tutub. Təlimlərdə ümumilikdə 380-dən çox tələbə-könüllü iştirak edib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işlərinin aparılması, onların həyat keyfiyyətlərini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.
|
|
08.09.2020 | 16:33 | |
|
|
|