Azərbaycanlı alim nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib | |
Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov nüfuzlu beynəlxalq “Humanities and Social Science Research” (“Humanitar və sosial elmlər”) jurnalının redaksiya heyətinin üzvü seçilib.
“Humanities and Social Science Research” açıq girişli, «double-blind» tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır. “IDEAS SPREAD” nəşriyyatı tərəfindən çap olunan jurnalda antropologiya, sosiologiya, siyasət, mədəniyyət, fəlsəfə, iqtisadiyyat, təhsil, menecment, incəsənət, psixologiya, arxeologiya, dilçilik, hüquq və siyasət, ədəbiyyat, fəlsəfə və din sahələri ilə bağlı elmi məqalələr dərc olunur.
Jurnalın Böyük Britaniya və ABŞ daxil olmaqla, müxtəlif ölkələrdən nüfuzlu elm adamlarından təsis olunan redaksiya heyətinə ilk dəfə olaraq Azərbaycan elm adamı daxil edilir.
Qeyd edək ki, ölkəmizin tanınmış iqtisadçısı olan Amil Məhərrəmov, eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru, “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya şurasının sədri, yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın baş redaktorunun müavini, Azərbaycan Kooperasiya Universitetinin “Kooperasiya” elmi-praktik jurnalının redaksiya heyətinin üzvüdür.
|
|
30.05.2018 | 17:27 | |
|
|
|