Süni intellekt müəllim rolunda özünü sınayıb

Çində hər dörd məktəbdən biri  (təxminən 60.000 məktəb)  əsasında  süni intellektin dayandığı  tədris proqramlarının  test imtahanlarında iştirak edib. Çinin  "South China Morning Post"  qəzetinin məlumatına görə,  süni intellekt proqramının işlənib hazırlanmasına nə az, nə çox, 10 il vaxt sərf olunub. O, şagirdlərin yazdığı esseləri avtomatik  qiymətləndirməyi,  habelə onların səhvlərinə diqqət yetirməyi bacarır.

 

Hesabata görə, 92 faiz hallarda süni intellekt və insan tərəfindən qiymətləndirmə  üst-üstə düşüb.  Bu, əslində, qiymətləndirmədə üzə çıxan anlaşılmazlıqları minimuma endirmək,  müəllimlərin qiymətləndirmə prosedurlarına ayırdıqları  iş vaxtını  azaltmaq üçün ciddi  faktdır.

 

"Gələcəkdə texnologiyalardan,  hər şeydən əvvəl, müəllimin yükünün azaldılması üçün istifadə edilə bilər, amma o, heç vaxt müəllimləri əvəz etməyəcək. Maşının ürəyi yoxdur", - deyə istehsalçılardan biri auditoriyanı sakitləşdirməyə çalışıb.

 

Pekin Tədqiqat Mərkəzində çox güclü kompüterlərdə işləyən proqram  insan dilinin başa düşdüyü şəkildə tez öyrənir. O, həmçinin qiymətlə bağlı qeydləri  və müəllimlərin şərhlərini də nəzərə ala bilər.

 

120 milyondan çox uşaq robot tərəfindən qiymətləndirilib,  lakin məlum olub ki,  onlardan çoxunun valideyninə bu  haqda heç nə  deməyiblər.  Hərçənd ki,  bu, qanunvericilik  səviyyəsində qadağan olunmur  və sınaq  yekun testləri deyil,  ancaq cari işləri əhatə edir, artıq cəmiyyətdə yeni proqramla bağlı müəyyən etik mübahisələr başlayıb.

 

Oruc MUSTAFAYEV



30.05.2018 | 16:52