Yeni tədris ilində Qazaxıstanda təhsil hüququ qazananlar

Azərbaycan və Qazaxıstanın təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 3 nəfər azərbaycanlı 2020-2021-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

 

Müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan Respublikası tərəfindən verilən yekun qərar nəticəsində Azərbaycan vətəndaşları “Abai Kazakh National Pedagogical University”, “L.N. Gumilyov Eurasian National University” və  “Al-Farabi Kazakh National University” ali təhsil müəssisələrində pedaqogika, dizayn, maliyyə ixtisas istiqamətləri üzrə  təhsil almaq hüququ qazanıb.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 4 mart tarixində verilmişdi.

 

 



04.09.2020 | 11:22