AzTU-da “HUB 1887: İnkubasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq | |
Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə start verdiyi yeni layihəyə qoşulan ilk universitet Azərbaycan Texniki Universiteti (AzTU) olub.
Universitet üçün xüsusi əhəmiyyət kəsb edən layihə AzTU-nun sosial şəbəkə hesabında #HərZamanTəhsil həştəqi ilə paylaşılıb.
Qeyd olunub ki, yeni tədris ilində AzTU-da “HUB 1887: İnkubasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq. 5 mərtəbədən ibarət olacaq mərkəzdə universitetin müəllim və tələbələri ilə yanaşı, digər şəxslərin də startap və innovasiya yönümlü ideyalarının dəstəklənməsi nəzərdə tutulur.
Mərkəzin 1-ci mərtəbəsi inkubasiya, 2, 3 və 5-ci mərtəbələri inkubasiya mərhələsindən çıxmış startaplar üçün akselerasiya məqsədli olacaq. 4-cü mərtəbədə isə AzTU tələbələrinin elmi tədqiqat, fərdi inkişaf və təlim xarakterli yaradıcılıq mərkəzi yerləşəcək.
Mərkəzə müraciət üçün AzTU-nun saytında xüsusi bölmə yaradılacaq.
Universitetin paylaşımında mərkəzin inkubasiya hissəsinin nəzərdə tutulan planının fotosu da təqdim olunub.
Qeyd edək ki, estafet Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ötürülüb.
|
|
03.09.2020 | 14:46 | |
|
|
|