Liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

 

Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird müvəffəq olub.

 

Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.

 

Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

 

Həmçinin müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.

 

 



03.09.2020 | 15:00