Qəbul imtahanında maksimal nəticə

Avqustun 13-14-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün ərizəsini təsdiq etmiş 36840 abituriyentdən 2395 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Qurumdan “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, DİM tərəfindən II və III ixtisas qrupları üzrə avqustun 13-14-də keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.3 bal toplayan Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu göstərib. O, hər iki mərhələnin cəminə görə 688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır. III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu göstərib. O, imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

 

Ruhiyyə

 



29.08.2020 | 11:11