Növbəti 60 bal | |
Bu gün 20 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimliyi üzrə imtahan verən Leyla Ağayeva 60 bal toplayıb. 1997-ci ildə Bakıda doğulan Leyla 241 nömrəli tam orta məktəbin məzunudur. 2018-ci ildə Bakı Qızlar Universitetini bitirib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal toplayaraq maksimum nəticəyə imza atıb: “60 bal topladığımı görəndə sevincdən ağladım. O qədər ağlamışdım ki, gözlərim şişmişdi”. 3 ildir müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizəd builki imtahbanları belə fərqləndirib: “Bu il düşündürücü suallar olsa da, imtahan çətin deyildi. Keçən il məntiq və vardı”. Artıq 2 ildir müqavilə ilə müəllim işləyən L.Ağayeva həyəcanla növbəti mərhələni gözləyir: “İmtahanda uğur qazanmaq üçün hazırlıq önəmlidir. Yaxşı hazırlıq üçün isə peşəkar bələdçin və motivasiyan olmalıdır. Mən də, müəllimlərim də əziyyət çəkdik və nəticə əldə etdim. 2 ildir qazandığım təcrübə isə mənə müsahibə mərhələsində və növbəti tədris ilində şagirdlərimlə işləməkdə kömək edəcəyinə əminəm. Bakıda yaşadığım əraziyə yaxın məktəblərin birinin, vakansiya olarsa, məzunu olduğum 241 nömrəli tam orta məktəbin müəllimi olmaq istəyirəm”. |
|
27.08.2020 | 16:34 | |
|
|
|