MDU-nun gənc əməkdaşı Miçiqan Universitetinin və IBM şirkətinin sertifikatlarını qazanıb | |
Mingəçevir Dövlət Universitetində (MDU) gənc əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Qlobal pandemiya dövründə dünyanın qabaqcıl universitetləri və iri şirkətləri tərəfindən bir çox virtual təlimlərin ödənişsiz əsaslarla təqdim olunması bu istiqamətdə yeni imkanlar yaradıb.
Universitetdən bildirilib ki, MDU-nun gənc əməkdaşı Elçin Tağıyev ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Miçiqan Universitetinin (University of Michigan) “Proqramlaşdırma” (Programming) mövzusunda keçirilən təlim kursunda uğurla iştirak edib. Dünyanın qabaqcıl Coursera online təhsil platformasında təqdim olunan 7 həftəlik kursda iştirakın əsas məqsədi Python proqramlaşdırma dilinin əsaslarını öyrənmək, müxtəlif alqoritmik məsələləri bu proqramlaşdırma dilindən yararlanmaqla həll etmək və müvafiq praktiki nümunələrin tədbiq edilməsini mənimsəməkdən ibarət olub.
Kursu 99.17% göstəricisi ilə bitirən E.Tağıyev Miçiqan Universitetinin beynəlxalq sertifikatını qazanıb.
E.Tağıyev dünyanın nüfuzlu IBM şirkəti tərəfindən Coursera təhsil platformasında “Data elmi” (Data Science) mövzusunda keçirilən online təlim kursunu da uğurla başa vurub. 3 həftə davam edən virtual təlimdə Data Science haqqında ən son nəzəri və praktiki biliklər qazanmaq imkanı təqdim olunub.
Bu kursu da yüksək göstərici (90.19%) ilə başa vuran E.Tağıyev IBM şirkətinin beynəlxalq sertifikatına layiq görülüb.
|
|
26.08.2020 | 10:02 | |
|
|
|