Müəllim seçimində "BİR" tələbə-könüllü dəstəyi

"BİR" tələbə-könüllülər müəllimlərin işə qəbulu üzrə müsabiqəsində dəstək fəaliyyəti göstərməyə davam edirlər.

 

Bakı və Sumqayıt şəhərlərində keçirilən test mərhələsinin təşkilində 66 tələbə-könüllü nəzarətçi qismində fəaliyyət göstərir. Pandemiya şəraitinə uyğun həyata keçirilən test mərhələsində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Onlayn keçirilən seçim və müsahibə mərhələlərindən sonra 66 tələbə-könüllü seçilib, xüsusi təlimlərdə iştirak edib.

 

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 

 



21.08.2020 | 14:16