ADNSU-nun 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans

2020-ci il noyabrın 5-6-ı tarixində Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Fransanın Burgogne-Franche-Comté Universitetinin birgə təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunmuş “Müasir informasiya, ölçmə və idarəetmə sistemləri:  problemlər və perspektivlər- 2020”  mövzusunda ikinci Beynəlxalq  elmi-praktik konfrans  keçiriləcək.

 

Konfransın təşkilati dəstəkçiləri Heydər Əliyev Fondu, Alim Scientifique Association (Fransa),    AZEL Systems Company, ONNEKS, BS-Avtomatika,  AzeriMed MMC, ATENAU  LTD-dir.

 

ADNSU-dan bildirilib ki,  beynəlxalq elmi-praktik konfrans informasiya, ölçmə və idarəetmə sistemlərinin müasir texnoloji nailiyyətləri və tətbiqi ilə bağlı geniş mühəndislik sahələrini əhatə edir.

 

Konfransda yerli universitetlər və təşkilatlarla bərabər, bir sıra ölkələrdən (Fransa, Türkiyə, Almaniya, Kipr, Yamayka, Səudiyyə Ərəbistanı, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Macarıstan, Mərakeş, Əlcəzair, Estoniya, Meksika və s.) universitetlər və təşkilatlatların əməkdaşlarının iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4-8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq elmi jurnallarda dərc olunacaq. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələrin beynəlxalq elmi bazalar olan “İNDEX COPERNICUS” və "SCOPUS" kimi bazalarda indeksləşməsi gözlənilir.

 

Konfrans materialarını info@mimcs.org   elektron poçt ünvanına göndərmək,  həmçinin tədbir haqqında  ətraflı məlumatı konfransın rəsmi saytından əldə etmək olar  (www.mimcs.org). 

 



17.08.2020 | 16:30