“Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsi elan edilir | |
Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsi elan edir.
Qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əldə etmək və kadr hazırlığını təmin etməkdir.
Müsabiqədə dövlət qeydiyyatı olan qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatları qranta müraciət üçün layihə təklifi, layihənin icra planı və xərclər smetasını, reyestr məlumatını, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini və digər tələb olunan sənədləri təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları müvafiq sənədləri 4 iyun 2018-ci il saat 18:00-dək st2018@edu.gov.az ünvanına göndərməlidirlər.
Təqdim olunan ərizələr qiymətləndirilərkən qurumun təhsil sahəsinə və əvvəlllər yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrdə iştirakı, layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması, cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə təcrübəsi, eləcə də qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması, layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin göstərilməsi nəzərə alınacaq.
Ümumi təhsil müəssisələrində “Sağlam Təhsil-Sağlam Millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində “Sağlam Təhsil - Sağlam Millət” layihəsi üzrə təhsil alan şagirdlərin sayı 4000 nəfərə yaxındır.
|
|
29.05.2018 | 16:17 | |
|
|
|