| Müəllim, şagird və valideynlərlə videokonfrans | |
| Avqustun 13-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib. 
 Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. 
 Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb. 
 
 | |
|   | 13.08.2020 | 14:16 | 
|  | |
|  | |