AzTU-da onlayn yay məktəbi davam edir | |
Azərbaycan Texniki Universitetində (AzTU) iyulun 27-dən başlayan onlayn yay semestri davam edir. Yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil edilir.
AzTU-dan bildirilib ki, 2019-2020-ci tədris ili üzrə universitetdə təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formada davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində, yəni 31 avqust- 4 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edilib ki, ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.
|
|
09.08.2020 | 14:20 | |
|
|
|