DİM-dən abituriyentlərə təklif

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent-1” jurnalında tanış ola bilərlər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qurumdan verilən məlumatda abituriyentlərə xatırladalıb ki, 2020-ci ilin fevral ayında nəşr olunun jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə tapşırıq nümunələri də dərc olunub. İmtahana hazırlaşan abituriyentlər öyrəndiklərini yoxlaya bilmələri üçün jurnalın 68-112-ci səhifələrində verilmiş tapşırıq nümunələri ilə tanış ola bilərlər.

 

Bildirilib ki, qəbul imtahanı modelinə əsasən, hər fənn üzrə 30 tapşırıq verilir. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

 

Jurnalın 113-121-ci səhifələrində tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

 

Qeyd edək ki, jurnal iki dildə – Azərbaycan və rus dillərindədir.

 

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən də əldə etmək mümkündür.

 

Ruhiyyə

 



05.08.2020 | 12:57