“Müasir teleskoplar və astronomik müşahidələrin perspektivləri”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Müasir teleskoplar və astronomik müşahidələrin perspektivləri” mövzusunda onlayn seminar keçirilib.

 

Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev astronomik müşahidələrin elmdə və cəmiyyətdə əhəmiyyətindən danışıb. Qeyd edib ki, qədim zamanlardan başlayaraq, vaxtın və istiqamətin müəyyənləşdirilməsində istifadə olunan metod və vasitələrin hazırlanmasının əsasında səma cisimlərinin fəzadakı vəziyyətləri və hərəkətləri durur.

 

Onlayn seminarda rəsədxananın kiçik elmi işçi Türkan Məmmədovanın “Müasir yerüstsü teleskoplar” və elmi işçi Ülvi Vəliyevin “Kosmik müşahidə vasitələri” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda müasir yerüstü teleskopların quruluşu və iş prinsipi, astronomik müşahidələrin aparılması üçün mövcud kosmik vasitələr və onların gələcək inkişafı barədə məlumat verilib.

 



23.07.2020 | 14:09