TEC Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan konfrans keçirdi | |
Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin ”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və müasirlik” mövzusunda elmi-nəzəri konfransı keçirilib. Konfransı universitetin rektoru Akif Hacıyev açaraq qeyd edib ki, tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyəti istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli və bacarıqlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir. Rektor tələbələrə uğurlar diləyib.
Sonra universitet üzrə TEC-in sədri, baş müəllim Günəş Şəfaqətov tədqiqat işlərini təqdim edib. Müxtəlif qruplarda təhsil alan tələbələrin məruzələri dinlənilib. |
|
28.05.2018 | 14:49 | |
|
|
|