AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

Azərbaycan Texniki Universiteti təhsil xidmətlərini bundan sonra AzTU brendi altında təqdim edəcək. Bu barədə qərar universitetin Elmi Şurasının növbəti onlayn iclasında qəbul olunub.

 

Universitetdən bildirilib ki, məqsəd bu ali təhsil ocağının AzTU brendi altında dünya təhsil bazarında tanıdılmasıdır. İclasda universitetin loqosu, himni, bayrağı və digər korporativ atributlarının hazırlanması ilə bağlı müzakirə aparılıb.

 

Məlumat verilib ki, Elmi Şuranın qərarı ilə iqtisadiyyat və idarəetmə fakültəsində struktur dəyişiklikləri də olub.  Belə ki, İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının adı dəyişdirilərək Beynəlxalq ticarət və marketinq,  Sənayenin iqtisadiyyatı və menecment kafedrası isə yenidən təşkil edilərək İqtisadiyyat adlandırılıb. 

 

İclasda AzTU-da əlavə təhsil xidmətlərinin təşkili üçün Əlavə və Distant Təhsil Mərkəzinin yaradılması ilə bağlı qərar da qəbul edilib. 

 

 



14.07.2020 | 12:20