BMU-nun magistratura səviyyəsinə qeydiyyat asanlaşdırılıb | |
2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin onlayn qeydiyyatı davam edir.
BMU-dan bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qeydiyyatın məsafədən icrası üçün bütün texniki imkanlar yaradılıb. Universitet tərəfindən tələbələrin qeydiyyat prosesini daha rahat və əlçatan qaydada həyata keçirə bilmələri üçün xüsusi elektron forma da işlənilib hazırlanaraq istifadəyə verilib (https://form.jotform.com/201876416177461). Magistratura pilləsinə qəbul olan şəxslər müvafiq sənədlərin surətlərini yuxarıda qeyd edilən linkdə göstərilən formaya asan şəkildə yükləyə bilərlər.
Tələb olunan sənədlərlə bağlı daha ətraflı məlumatlar, o cümlədən universitetin hüquqi ünvanı və bank rekvizitləri haqqında informasiyalar BMU-nun saytında yerləşdirilib (http://www.beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-pillesine-daxil-olmus-bakalavrlarin-nezerine-46) .
Xatırladaq ki, qeydiyyat prosesi 6 iyul tarixində başlayıb və prosesin 15 iyul tarixində yekunlaşması nəzərdə tutulur.
Məlumat üçün onu da bildirək ki, cari tədris ilində BMU-nun magistratura səviyyəsi üzrə qəbul planı 95 faizdən artıq dolub.
|
|
09.07.2020 | 16:42 | |
|
|
|