BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq

2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesi koronavirus pandemiyası ilə əlaqədar olaraq onlayn formada həyata keçiriləcək.

 

Universitetdən bildirilib ki,   qeydiyyat prosesində tələb olunan sənədlərin onlayn qəbulu üçün skan edilmiş surətləri aşağıdakı ünvana göndərilməlidir:

 

e-mail: uabdurahmanova@beu.edu.az (məsul şəxs-Abdurəhmanova Ülkər Sərdər qızı)

 

Sənədlərlə bağlı daha ətraflı məlumatları, o cümlədən universitetin hüquqi ünvanı və bank rekvizitləri haqqında informasiyaları  qeyd edilən linkə (http://www.beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-pillesine-daxil-olmus-bakalavrlarin-nezerine-46)  daxil olmaqla əldə etmək mümkündür.

 

Qeydiyyat prosesinin 6 iyul tarixində başlaması və 15 iyul tarixində başa çatması nəzərdə tutulur.

 

Məlumat üçün bildirək ki, cari tədris ilində BMU-nun magistratura səviyyəsi üzrə qəbul planında yüksək göstəricilər qeydə alınıb və statistik nəticələrə əsasən, qəbul planı 95 faizdən artıq dolub.

 

 



03.07.2020 | 16:12