Məktəblərarası mini-futbol turniri

Daşkəsən Rayon Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə  həsr olunmuş ümumi təhsil məktəbləri arasında mini-futbol yarışı üzrə rayon birinciliyi keçirilib.

 

Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunması, rayonda futbol idman növünün, bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsidir.

 

Yarışda I, II və III yerləri tutan komandalar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman İdarəsi  tərəfindən hədiyyə, diplom və kubokla təltif olunacaq.

 

Mikayıl MİKAYILLI,

Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



26.05.2018 | 14:31