Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illiyi ilə əlaqədar intellektual oyun

Şabran rayonunda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Şabran Rayon Təhsil Şöbəsi və Şabran rayon Gənclər və İdman İdarəsinin dəstəyilə məktəblilərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyilə əlaqədar olaraq hərb tariximizin və qəhrəmanlarımızın təbliği məqsədlə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib.

 

Açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov  bildirib ki, Azərbaycanın hərb tarixinin, onun zəngin təcrübəsinin, qəhrəmanlarımızın, ordu xadimlərimizin tanıdılması, eyni zamanda da Xalq Cümhuriyyətimizin və Milli Ordumuzun yaranmasının 100 illiyinin gənclər arasında təbliğ edilməsi  layihənin əsas məqsədidir.

 

Rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov layihənin keçirilməsinin əhəmiyyətini qeyd edərək, yeniyetmə və gənclərin intellektual oyunlar vasitəsilə həm də yeni biliklər aldıqlarını bildirib.

 

Rəsmi hissədən sonra turnirə start verilib.

 

 “Viktoriya” komandası 11 xalla turnirin qalibi adını qazanıb. “Çıraqqala” komandası ikinci, “Everest” komandası üçüncü yeri tutub.  İlk 3 yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ əldə edib.

 

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilib.

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



28.05.2018 | 11:33