Mingəçevir Dövlət Universiteti Elmi Şurasının iclası

Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Microsoft Teams  platforması üzərindən online formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

COVID-19 infeksiyası ilə mübarizənin davam etdiyini bildiriən rektor son dövrlərdə yoluxma hallarının artması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə daha ciddi əməl olunmasının vacibliyini vurğulayıb. Ş.Bayramov virusdan qorunmaqla bağlı əməkdaşlar arasında maarifləndirmə işinin gücləndirilməsi və universitetin fəaliyyətinin məsafədən təşkilinin davam etdirilməsinə dair müvafiq tapşırıqlar verib.

 

Sonra gündəliyə uyğun olaraq, MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi, 2019-cu il üçün univeritetin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları  və  pedaqoji fakultənin cari tədris ilindəki fəaliyyəti haqqında hesabatlar dinlənilib. Hər üç məsələ barədə ətraflı müzakirələr aparılıb və təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

 

İclasda MDU-da aparılan struktur islahatları çərçivəsində yaradılan Elm və innovasiyalar şöbəsinin əsasnamə layihəsi də müzakirəyə çıxarılıb və Elmi Şura üzvlərinin yekdil qərarı ilə təsdiq olunub.

 

Elmi Şuranın  iclasında online formatda keçirilən imtahan sessiyasının uğurla davam etdirildiyi qeyd olunub, bununla  əlaqədar struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

İclasda cari məsələlərə də baxılıb.

 

 



01.07.2020 | 15:47