MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri

Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

 

Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarını, həyətyanı əraziləri, dəhlizləri, auditoriya və laboratoriyaları, inzibati otaqları, idman zalını, kitabxanaları, sanitar qovşaqları və digər köməkçi tikililəri əhatə edib.

 

Universitetdən bildirilib ki,  tibbi-profilaktik və dezinfeksiya tədbirləri  ilə yanaşı, MDU kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.

 

 



24.06.2020 | 16:50