BMU-nun müəllimlərinin məqaləsi Kanadada dərc olunub | |
Bakı Mühəndislik Universitetinin (BMU) dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Şəhriyar Muxtarov, həmin kafedranın müəllimi Cavid Əliyev, biznesin idarəedilməsi kafedrasının dosenti Murad İsgəndərov və iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Xanlar Heydərovun müəllifləri olduqları məqalə Kanadanın “Research in World Economy” jurnalında (3-cü say, 11-ci buraxılış, 2020-ci il) nəşr edilib.
Universitetdən verilən məlumata görə, “Does Monetary Policy Boost Economic Growth? The Case of Small Open Economy” adlı məqalədə Azərbaycan iqtisadiyyatı nümunəsində pul siyasəti alətlərinin iqtisadi artım üzərində təsirləri VECM metodu vasitəsi ilə təhlil edilib. Tədqiqatçılar, həmçinin müxtəlif kointeqrasiya metodları vasitəsilə istifadə edilən dəyişənlər arasındakı uzun müddətli kointeqrasiya əlaqəsini test ediblər.
Məqalənin nəticələrinə görə, pul bazası və valyuta məzənnəsi iqtisadi artım üzərində statistik olaraq əhəmiyyətli və müsbət təsirə malikdir. Bundan başqa, uçot dərəcəsinin təsirinin statistik cəhətdən əhəmiyyətsiz və mənfi (iqtisadi cəhətdən əhəmiyyətli) olduğu ortaya çıxıb. Tədqiqat nəticələri əsasında pul siyasəti alətlərinin effektivliyinin artırılması istiqamətində bir sıra təkliflər də irəli sürülüb.
Məqalənin tam mətnini http://www.sciedupress.com/journal/index.php/rwe/article/view/18111 linki vasitəsilə oxumaq olar.
Qeyd edək ki, sözügedən jurnal “Scopus” məlumat bazasında indekslənir.
|
|
24.06.2020 | 15:17 | |
|
|
|