18 və 19 iyun tarixlərində keçirilən imtahanların nəticələri elan olunub | |
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 və 19 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.
İmtahanın nəticələri DİM-in internet saytında yerləşdirilib.
DİM-dən bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər: – 9-cu sinif üzrə buraxılış imtahanları;
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bildirilib ki, 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 18434 nəfərdən 330 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1035 nəfərdən 337 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 3086 nəfərdən 120 nəfər imtahana gəlməyib. 4 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Xatırladılıb ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.
Qeyd: 18 və 19 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
|
|
22.06.2020 | 10:17 | |
|
|
|