Qlobal dünyanın ali təhsil sistemləri qarşısında qoyduğu mühüm şərtlərdən biri universitetlərin çevik təşəbbüslərlə çıxış etməsi, beynəlxalq əməkdaşlıq və elmi tədqiqatlar sahəsində nəticələrə hesablanmış fəaliyyətlərdir.
Bütün bunlar Böyük Britaniyanın təhsil xidmətləri sahəsində nüfuzlu şirkəti olan “The Times Higher Education” (THE) dərgisinın növbəti tədqiqatının mövzusu olub. İyunun əvvəllərində THE 2020-ci il üzrə Asiyanın ən yaxşı ali məktəblərinin reytinq cədvəlini (The Times Higher Education Asia University Rankings 2020) təqdim edib. Bu il reytinq sıralamasına Çinin Tsinxua Universiteti başçılıq edir. Universitet müəllimlərinin elmi məqalələrindən sitatgətirmənin sayının artması, təhsil mühiti, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində fəallığı Tsinxua Universitetinin Asiyada lider mövqeyini təmin edib.
Çinin digər ən nüfuzlu ali təhsil müəssisələrindən Pekin Universiteti əvvəlki reytinqlə müqayisədə 3 pillə irəliləyərək 2-ci yerdə qərarlaşıb.
Bununla yanaşı, Yaponiya reytinqdə daha çox universitetlə (110) təmsil olunur. Ötən il gündoğar ölkə bu reytinqdə 103 universitetlə yer alıb. Reytinqdə Çini 63 universitet təmsil edib. Hindistan 56 ali təhsil müəssisəsi ilə sıralamada ən çox yer almış 3-cü ölkədir.
İlk 100-lükdə Türkiyənin Sabançı (49-cu yer), Çankaya (65-ci yer), Koç (74-cü yer), Bilkənt (100-cü yer) kimi universitetləri yer alıb. Reytinqdə bəzi universitetlərin ciddi fəallığını görmək olar. Məsələn, Makao Elm və Texnologiya Universiteti 32-ci yerdə debüt edərək yeni rekorda imza atıb. 2020-ci ilin reytinqinə 30 ölkədən 500-ə qədər universitet daxil olub.
Dünya universitetlərinin qlobal sıralamasında olduğu kimi, bu tədqiqat da ali təhsil müəssisələrini eyni 13 performans göstəricilərindən istifadə etməklə qiymətləndirib. Universitetlərin tam və balanslı müqayisəsini təmin etmək üçün onlar bütün əsas missiyaları - tədris, elmi-tədqiqat, biliklərin transferi və beynəlxalq perspektiv üzrə qiymətləndirilib. Reytinq tərtib olunarkən təhsilin keyfiyyəti, tədqiqat işlərinin səviyyəsi, elmi tədqiqatlardan əldə olunan gəlirlərin həcmi üzrə göstəricilərdən və beynəlxalq fəaliyyətdən istifadə edilib. Bundan əlavə, ali məktəbin akademik və tələbə mühitində, universitet rəhbərləri arasında, eləcə də hökumət səviyyəsində və real sektorda nüfuzu nəzərə alınıb.
Asiya universitetlərinin reytinqinin tərtib edilməsi üçün istifadə olunan 13 göstəriciyə tədris reputasiyası (10%), müəllim/tələbə nisbəti (4,5%), doktorantura/bakalavr nisbəti (2,25%), verilən doktorluq dərəcələrinin/professor-müəllim heyətinə nisbəti (6%), institusional gəlirlər (2,25%) və reputasiya tədqiqatları (15%), elmi tədqiqat gəlirləri (7,5%), elmi tədqiqatların məhsuldarlığı (7,5%) və sitatgətirmə (30%), beynəlxalq tələbələrin payı (2,5%), beynəlxalq əməkdaşlıq (2,5%%), həmçinin sənaye gəlirləri (7,5%) daxildir.
Daha ətraflı www.timeshighereducation.com/student/best-universities/best-universities-asia səhifəsindən tanış olmaq olar.
Rey-tinq
|
Ali məktəbin adı
|
Ölkə
|
Tələbələrin ümumi sayı
|
Tələbə-müəllim nisbəti
|
Beynəlxalq tələbələr
|
Qadın: kişi nisbəti
|
1
|
Tsinghua University
|
Çin
|
38783
|
12.0
|
11%
|
34 : 66
|
2
|
Peking University
|
Çin
|
39575
|
11.5
|
15%
|
46 : 54
|
3
|
National University Singapore
|
Sinqapur
|
30869
|
17.9
|
28%
|
51 : 49
|
4
|
University of Hong Kong
|
Honkonq
|
18260
|
18.2
|
44%
|
54 : 46
|
5
|
The Hong Kong University of Science and Technology
|
Honkonq
|
10125
|
22.3
|
31%
|
n/a
|
6
|
Nanyang Technological University, Singapore
|
Sinqapur
|
25088
|
15.9
|
27%
|
48 : 52
|
7
|
The University of Tokyo
|
Yaponiya
|
25913
|
10.6
|
12%
|
n/a
|
8
|
Chinese University of Hong Kong
|
Honkonq
|
18340
|
18.6
|
32%
|
n/a
|
9
|
Seoul National University
|
Cənubi Koreya
|
26182
|
12.4
|
12%
|
n/a
|
=10
|
University of Science and Technology of China
|
Çin
|
16245
|
7.7
|
4%
|
n/a
|
=10
|
Sungkyunkwan University
|
Cənubi Koreya
|
23342
|
19.5
|
15%
|
43 : 57
|
12
|
Kyoto University
|
Yaponiya
|
22566
|
9.0
|
9%
|
24 : 76
|
=13
|
Korea Advanced Institute of Science and Technology
|
Cənubi Koreya
|
9481
|
10.2
|
8%
|
20 : 80
|
=13
|
Zhejiang University
|
Çin
|
33427
|
10.7
|
22%
|
23 : 77
|
15
|
Pohang University of Science and Technology
|
Cənubi Koreya
|
3215
|
10.3
|
3%
|
23 : 77
|
16
|
City University of Hong Kong
|
Honkonq
|
9587
|
11.0
|
45%
|
59 : 41
|
17
|
Fudan University
|
Çin
|
32537
|
11.2
|
12%
|
53 : 47
|
18
|
Nanjing University
|
Çin
|
34569
|
15.5
|
10%
|
44 : 56
|
19
|
Shanghai Jiao Tong University
|
Çin
|
38853
|
11.1
|
13%
|
44 : 56
|
20
|
Korea University
|
Cənubi Koreya
|
22965
|
16.0
|
22%
|
n/a
|
21
|
National Taiwan University
|
Tayvan
|
27254
|
11.1
|
11%
|
40 : 60
|
22
|
Yonsei University (Seoul campus)
|
Cənubi Koreya
|
17744
|
14.6
|
22%
|
47 : 53
|
23
|
Ulsan National Institute of Science and Technology
|
Cənubi Koreya
|
4127
|
13.9
|
8%
|
26 : 74
|
24
|
Hong Kong Polytechnic University
|
Honkonq
|
20388
|
23.1
|
25%
|
52 : 48
|
25
|
Tel Aviv University
|
İsrail
|
22414
|
22.3
|
7%
|
55 : 45
|
26
|
King Abdulaziz University
|
Səudiyyə Ərəbistanı
|
32853
|
7.9
|
21%
|
54 : 46
|
27
|
Hebrew University of Jerusalem
|
İsrail
|
16137
|
12.0
|
5%
|
56 : 44
|
28
|
Alfaisal University
|
Səudiyyə Ərəbistanı
|
2566
|
10.4
|
34%
|
60 : 40
|
29
|
Kyung Hee University
|
Cənubi Koreya
|
22102
|
17.3
|
22%
|
51 : 49
|
30
|
Tohoku University
|
Yaponiya
|
17735
|
8.2
|
12%
|
27 : 73
|
31
|
Khalifa University
|
Birləşmiş Ərəb Əmirlikləri
|
3651
|
9.5
|
26%
|
55 : 45
|
32
|
Macau University of Science and Technology
|
Makao
|
9924
|
24.4
|
79%
|
56 : 44
|
33
|
Southern University of Science and Technology
|
Çin
|
3198
|
9.5
|
0%
|
27 : 73
|
34
|
Huazhong University of Science and Technology
|
Çin
|
56379
|
16.5
|
5%
|
36 : 64
|
35
|
Taipei Medical University
|
Tayvan
|
5973
|
10.2
|
10%
|
57 : 43
|
36
|
Indian Institute of Science
|
Hindistan
|
4128
|
9.6
|
1%
|
23 : 77
|
37
|
University of Macau
|
Makao
|
9340
|
14.4
|
37%
|
57 : 43
|
=38
|
Hanyang University
|
Cənubi Koreya
|
20087
|
15.7
|
21%
|
n/a
|
=38
|
Sun Yat-sen University
|
Çin
|
53603
|
16.6
|
9%
|
51 : 49
|
=38
|
United Arab Emirates University
|
Birləşmiş Ərəb Əmirlikləri
|
7523
|
9.2
|
21%
|
83 : 17
|
41
|
Nagoya University
|
Yaponiya
|
1676
|
9.2
|
11%
|
30 : 70
|
42
|
Tokyo Institute of Technology
|
Yaponiya
|
9752
|
7.7
|
13%
|
15 : 85
|
43
|
University of Malaya
|
Malayziya
|
15140
|
8.0
|
20%
|
63 : 37
|
44
|
Wuhan University
|
Çin
|
52502
|
14.6
|
7%
|
n/a
|
45
|
Beijing Normal University
|
Çin
|
23524
|
15.4
|
11%
|
n/a
|
46
|
National Tsing Hua University
|
Tayvan
|
14853
|
18.0
|
10%
|
42 : 58
|
47
|
Indian Institute of Technology Ropar
|
Hindistan
|
1119
|
7.6
|
0%
|
13 : 87
|
=48
|
Babol Noshirvani University of Technology
|
İran
|
5744
|
29.6
|
0%
|
32 : 68
|
=48
|
Sabancı University
|
Türkiyə
|
3605
|
21.5
|
9%
|
37 : 63
|
50
|
Tongji University
|
Çin
|
35690
|
13.1
|
13%
|
45 : 55
|
51
|
Harbin Institute of Technology
|
Çin
|
29603
|
9.9
|
12%
|
32 : 68
|
=52
|
Nankai University
|
Çin
|
28061
|
13.3
|
7%
|
n/a
|
=52
|
Qatar University
|
Qətər
|
15585
|
17.3
|
38%
|
76 : 24
|
54
|
Central South University
|
Çin
|
51546
|
18.4
|
2%
|
n/a
|
=55
|
Indian Institute of Technology
|
Hindistan
|
1128
|
9.7
|
0%
|
17 : 83
|
=55
|
Osaka University
|
Yaponiya
|
22892
|
7.4
|
11%
|
32 : 68
|
57
|
University of Occupational and Environmental Health
|
Yaponiya
|
1142
|
2.6
|
1%
|
54 : 46
|
58
|
Jordan University of Science and Technology
|
İordaniya
|
21512
|
13.4
|
17%
|
58 : 42
|
59
|
Indian Institute of Technology Kharagpur
|
Hindistan
|
9167
|
12.3
|
0%
|
18 : 82
|
=60
|
American University of Beirut
|
Livan
|
8401
|
8.5
|
21%
|
51 : 49
|
=60
|
Universiti Brunei Darussalam
|
Bruney
|
3830
|
10.9
|
15%
|
67 : 33
|
62
|
Tokyo Medical and Dental University
|
Yaponiya
|
2999
|
3.3
|
9%
|
49 : 51
|
63
|
Gwangju Institute of Science and Technology
|
Cənubi Koreya
|
2098
|
12.1
|
6%
|
25 : 75
|
64
|
South China University of Technology
|
Çin
|
41139
|
13.9
|
5%
|
38 : 62
|
=65
|
Cankaya University
|
Türkiyə
|
9164
|
28.4
|
2%
|
45 : 55
|
=65
|
University of the Philippines
|
Filippin
|
39877
|
8.4
|
1%
|
58 : 42
|
67
|
Indian Institute of Technology
|
Hindistan
|
7284
|
14.8
|
1%
|
20 : 80
|
68
|
King Saud University
|
Səudiyyə Ərəbistanı
|
38971
|
10.4
|
10%
|
59 : 41
|
=69
|
Indian Institute of Technology
|
Hindistan
|
10,67
|
16.1
|
1%
|
19 : 81
|
=69
|
University of Peradeniya
|
Sri- Lanka
|
17482
|
10.8
|
1%
|
61 : 39
|
71
|
Kyushu University
|
Yaponiya
|
18643
|
8.8
|
13%
|
28 : 72
|
72
|
Technion Israel Institute of Technology
|
İsrail
|
14703
|
21.8
|
5%
|
36 : 64
|
73
|
Hunan University
|
Çin
|
40715
|
20.4
|
2%
|
46 : 54
|
74
|
Koç University
|
Türkiyə
|
5381
|
15.6
|
6%
|
51 : 49
|
=75
|
Hong Kong Baptist University
|
Honkonq
|
8759
|
11.6
|
45%
|
65 : 35
|
=75
|
Quaid-i-Azam University
|
Pakistan
|
14694
|
24.8
|
1%
|
57 : 43
|
=75
|
Sharif University of Technolog
|
İran
|
9260
|
19.8
|
2%
|
26 : 74
|
78
|
Sejong University
|
Cənubi Koreya
|
12119
|
17.0
|
10%
|
47 : 53
|
79
|
Tianjin University
|
Çin
|
34780
|
14.0
|
6%
|
n/a
|
80
|
National Taiwan University of Science and Technology
|
Tayvan
|
8340
|
19.5
|
15%
|
30 : 70
|
81
|
Bar-Ilan University
|
İsrail
|
16723
|
17.5
|
5%
|
60 : 40
|
82
|
Fujita Health University
|
Yaponiya
|
2942
|
3.2
|
0%
|
55 : 45
|
=83
|
Amirkabir University of Technology
|
İran
|
11580
|
21.6
|
2%
|
35 : 65
|
=83
|
Indian Institute of Technology Roorkee
|
Hindistan
|
7561
|
16.4
|
2%
|
16 : 84
|
85
|
Southeast University
|
Çin
|
32951
|
11.6
|
5%
|
40 : 60
|
86
|
Beihang University
|
Çin
|
29952
|
13.7
|
6%
|
n/a
|
87
|
Iran University of Science and Technology
|
İran
|
13273
|
31.7
|
1%
|
31 : 69
|
88
|
Shenzhen University
|
Çin
|
35171
|
15.5
|
1%
|
48 : 52
|
=89
|
China Medical University
|
Tayvan
|
7603
|
16.5
|
8%
|
54 : 46
|
=89
|
National Chiao Tung University
|
Tayvan
|
12017
|
16.7
|
12%
|
30 : 70
|
=89
|
Yasouj University
|
İran
|
6332
|
27.5
|
0%
|
46 : 54
|
92
|
Institute of Chemical Technology
|
Hindistan
|
2146
|
18.2
|
0%
|
34 : 66
|
=93
|
Teikyo University
|
Yaponiya
|
22873
|
16.7
|
2%
|
34 : 66
|
=93
|
University of Tsukuba
|
Yaponiya
|
16844
|
13.6
|
21%
|
39 : 61
|
95
|
Yokohama City University
|
Yaponiya
|
4910
|
4.5
|
2%
|
56 : 44
|
96
|
Hokkaido University
|
Yaponiya
|
18225
|
8.1
|
11%
|
31 : 69
|
97
|
Chung-Ang University
|
Cənubi Koreya
|
16681
|
22.1
|
18%
|
n/a
|
=98
|
East China Normal University
|
Çin
|
25747
|
11.5
|
17%
|
65 : 35
|
=98
|
University of Haifa
|
İsrail
|
16164
|
21.0
|
2%
|
66 : 34
|
=100
|
Bilkent University
|
Türkiyə
|
10374
|
14.5
|
9%
|
46 : 54
|
Oruc MUSTAFAYEV
|