Paytaxt məktəbliləri beynəlxalq arenada

2019-2020-ci tədris ilində məktəblilər virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında  (EGMO) 3 medal qazanıblar.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal əldə ediblər.

 

Bundan başqa, paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub.  249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.

 

177 nömrəli tam  orta məktəbin şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et”  VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

 

 



17.06.2020 | 10:23