28 830 şagird monitorinqə cəlb edilib | |
Builki tədris ilində ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib.
Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil olunub.
|
|
16.06.2020 | 14:17 | |
|
|
|