Müəllimlərin əksəriyyəti yay aylarında işləyəcək

Rusiyada aparılan  ictimai rəy sorğularının nəticələrinə əsasən, müəllimlərin yarısından çoxu, yəni 57% -i yay aylarında şagirdlərlə işləməyi davam etdirməyi planlaşdırır.  Respondentlərin  27% -i yay aylarının heç birində bunu planlaşdırmadığını, digər 16% -i cavab verməkdə çətinlik çəkdiyini bildirib.

 

1300 müəllimin qatıldığı sorğuya əsasən, müəllimlərin 23% -i tətil zamanı işə çağrıla biləcəyini, 56% -i şagirdlərlə fərdi məsləhətləşmələr aparacağını, 44% -i arzu edənlər üçün dərsdənkənar tədbirlərin keçirilməsini planlaşdırdıqlarını söyləyib.  Respondentlərin üçdə biri imtahanlara hazırlaşacaq.

 

Tələbələrlə mümkün iş  istiqamətlərinə gəlincə, müəllimlər yay təcrübəsi, olimpiadalara hazırlıq, məktəb düşərgələri, mədəni tədbirlər və s. göstəriblər.  Öz növbəsində müəllimlərin 40% -i  öz şagirdlərinə yay üçün tapşırıq vermədiklərini etiraf ediblər.

 

http://ug.ru/news/30813

 

Oruc MUSTAFAYEV

 

 



15.06.2020 | 11:22