MDU-da növbəti “Açıq qapı” günü | |
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib. Microsoft Teams platforması üzərindən online formatda təşkil olunan virtual görüşdə MDU tələbələri və onların valideynləri iştirak ediblər.
Universitetdən bildirilib ki, rektor MDU-nun ilk online imtahan sessiyasında tələbələr üçün nəzərdə tutulmuş çoxsaylı güzəştlərdən danışıb, ilk dörd gün ərzində tələbələrin imtahanlarda aktiv iştirak etdiyini və bütün tələbələrin yalnız müvəffəq qiymət aldıqlarını diqqətə çatdırıb. Ş.Bayramov MDU-nun “İmtahan könüllüsü” layihəsində fəal iştirak etməklə imtahanların təşkilində yaxından iştiraklarına görə könüllü tələbələrə təşəkkürünü bildirib.
Çıxış edən tələbələr informasiya texnologiyalarından istifadə əsasında həyata keçirilən online imtahanların təşkilindən və qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən razı qaldıqlarını söyləyiblər. Görüşdə tələbələrin təklifləri dinlənilib və onların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub.
|
|
11.06.2020 | 18:37 | |
|
|
|