MDU-da “İmtahan könüllüsü” layihəsi həyata keçirilir

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyası davam edir. Microsoft Teams platforması üzərindən təşkil olunan imtahan sessiyasının üçüncü günündə, ümumilikdə 22 qrup üzrə 459 tələbənin iştirakı nəzərdə tutulub. Əvvəlki günlərdə olduğu kimi, tələbələrin yüksək aktivliyinin müşayiət olunduğu növbəti imtahan günündə də bütün tələbələr müvəffəq qiymət alıblar.

 

Universitetdən bildirilib ki, ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsini nəzərə alaraq, MDU-da ilk dəfə online formatda təşkil olunan imtahan sessiyası çərçivəsində “İmtahan könüllüsü” adlı layihə həyata keçirillir. Layihə çərçivəsində, əsasən sonuncu kursda təhsil alan tələbələrin məsafədən reallaşdırılan imtahanların təşkilinə könüllü qismində cəlb olunması nəzərdə tutulur. Könüllü tələbələr imtahanlara evdən qoşulan müəllimlərə, birinci-üçüncü kurs tələbələrinə texniki və təşkilati baxımdan köməklik göstərirlər. “İmtahan könüllüləri” informasiya-kommunikasiya vasitələrinin geniş tətbiqi ilə keçirilən imtahan prosesində İmtahan Qərargahının, Tədris şöbəsinin, dekanlıqarın və Apelyasiya Komissiyasının çevik, səmərəli fəaliyyət göstərməsində yaxından iştirak edirlər.

 

MDU-ya 612 balla qəbul olan, hazırda dördüncü kursda təhsil alan və gələcəyin müəllimi olacaq Kəmalə Hacıyeva “İmtahan könüllüsü” layihəsində iştirakı barədə fikirlərini bölüşüb.

 

 



10.06.2020 | 19:50