Yeni Peşə Təhsil Mərkəzi növbəti ixtisasartırma təlimlərinə başlayıb

İyunun 9-dan etibarən "CİSCO" şirkəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən "Cisco" Şəbəkə Akademiyasında metodist-təlimçilər üçün peşəkar bacarıqların inkişafı mövzusunda növbəti distant təlimlər başlayıb.

 

Təlimlər "CİSCO" şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilir. Tədris proqramına nəzəri biliklərlə bərabər, həmçinin "CİSCO" avadanlıqları üzərində distant təcrübi məşğələlər və simulyasiyalar daxildir. Belə ki, Mərkəzin təlimçiləri real avadanlıq və "Cisco Packet Tracer" simulyatorunu istifadə edərək texniki problemləri həll etmə bacarıqlarını təkmilləşdirir, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanırlar.

 

Qeyd edək ki, "Cisco" Şəbəkə Akademiyası tərəfindən informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün geniş imkanlar yaradılıb. “Cisco" Şəbəkə Akademiyası Mərkəzdə təhsil alan tələbələr və çalışan mütəxəssislərə müasir məzmun, həmçinin müvafiq sertifikasiya proqramlarına çıxış imkanı yaradır.

 

 



10.06.2020 | 16:41