Təhsil idarəediciləri üçün məktəb inkişafı və liderlik | |
Liderlik məktəbin inkişafının davamlı olması üçün ən vacib amildir. Bu amili nəzərə alaraq TAM Teaching Advancement Matrix “İz qoy: İnkişafa Liderlik et” adlı təhsil idarəediciləri üçün məktəb inkişafı və liderlik treninqi təşkil edir. Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə keçiriləcək treninqin məqsədi təhsil idarəedicilərinin liderlik xüsusiyyətləri barədə bilik və bacarıqlarını artırmaq, onlara bu xüsusiyyətləri məktəb inkişafı kontekstində səmərəli formada istifadə etmələrinə yardım göstərməkdir. İnteraktiv təhsil yanaşmasının istifadə ediləcəyi təlim prosesində örnək hadisələrə yer veriləcək.
Təhsildə liderlik üzrə beynəlxalq mütəxəssis, tədqiqatçı, dosent-doktor Şefika Mertkan tərəfindən aparılacaq treninq həftədə iki dəfə saat yarım olmaqla 8 həftə müddətində (cəmi 24 saat) onlayn formada keçiriləcək. Treninq ən az 10 iştirakçı qeydiyyatdan keçdikdən sonra başlayacaq.
Dosent-doktor Şefika Mertkan “Təhsildə Liderlik” proqramı üzrə Böyük Britaniyanın Nottingem Universitetində PhD, Kembric Universitetində isə “Öyrənmə və müəllim təhsili” ixtisası üzrə "Cambridge Chevening" təqaüdünü qazanaraq magistratura təhsili alıb. Bakalavr təhsilini isə Doğu Akdeniz Universitetinin (DAU) elm fakültəsini "fakültə birincisi" olaraq tamamlayıb.
O, PhD təhsili çərçivəsində sosial məsuliyyət istiqamətində öncül olan "Bussines in the Community"də tədqiqat menceri kimi çalışıb. Kembric Universitetində tədqiqatçı işləyən Ş.Mertkan adıçəkilən universitetdə magistiratura dərslərini də tədris edib.
Hazırda Doğu Akdeniz Universiteti təhsil fakültəsində liderlik və təhsil idarəçiliyi istiqamətində dərslər verir və təkmilləşdirmə proqramlarına rəhbərlik edir. Yaxın vaxta qədər DAU təhsil fakültəsinin dekan müavini vəzifəsində işləyib. O, iki kitabın, təhsil liderliyi sahəsində aparıcı beynəlxalq elmi jurnallarda çap olunan bir sıra məqalələrin müəllifidir. Çox sayda kitabların həmmüəllifi olan Ş.Mertkan, həm də bir sıra beynəlxalq elmi jurnalın rəyçisi və redaktorudur. Doktor Ş. Mertkanın tədqiqat sahələri arasında təhsildə liderlik, məktəb inkişafı, ali təhsil, təhsildə dəyişiklik, təhsil siyasəti və keyfiyyət tədqiqatları ön plandadır.
Treninq aşağıdakı istiqamətləri əhatə edəcək: Liderliyə panaromik baxış; Vizyon müəyyənləşdirmə sənəti olaraq liderlik; Təsiretmə sənəti olaraq liderlik; Güvən formalaşdırma sənəti olaraq liderlik; Pozitiv olma sənəti olaraq liderlik; Liderliyin qaranlıq tərəfi; Məktəb inkişafı çarxı; Məktəb inkişafı prosesi. Əlavə məlumat üçün: +994 50 241 42 68 (WhatsApp)
Qeydiyyat linki: https://forms.gle/NmdTYnyDEaBjGs8q8
Oruc MUSTAFAYEV
|
|
09.06.2020 | 13:24 | |
|
|
|