Təhsil müəssisələri arasında “Gələcəyin mühəndisi” II Respublika müsabiqəsi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm planetariumun birgə əməkdaşlığı çərçivəsində “Gələcəyin mühəndisi” II Respublika müsabiqəsi keçirilib.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd  məktəblilərin astonomik biliklərinin əhatəsinin genişləndirilməsi, kosmik cihazların maketinin hazırlanması, onların  kosmik sənayeyə marağının artırılması və bu sahədə bacarıqlı kadrların aşkarlanması, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakınının təmin edilməsindən ibarətdir.

 

Qeyd edək ki, onlayn platformada keçirilən müsabiqə iki nominasiya üzrə təşkil olunub:

  • 1) astronomiya, kimya, biologiya, coğrafiya sahələrində elmi tədqiqatlar apararaq yeni biliklərin əldə edilməsi;
  • 2) kosmik avadanlıqların maketləri, təkmilləşdirilməsinə yönəlmiş texniki tədqiqatlar və təkliflər.

 

“Gələcəyin mühəndisi” müsabiqəsində respublikanın 17 rayonundan ümumtəhsil və internat məktəblərinin 50 nəfər V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri fərdi, kollektiv şəkildə  iştirak ediblər.

 

Müsabiqənin münsiflər heyətində astrofiziklər, mühəndislər və bu sahənin mütəxəssisləri -  Tusi-Bohm planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universitetinin astrofizika kafedrasının müdiri Kəmalə Alışova, AMEA Şamaxı Astrofizika Rəsədxanasının dosenti Mirnamiq Bəşirov, “Azərkosmos” ASC-nin aparıcı peyk operatoru Sitarə Mehdiyeva,  Milli Aviasiya Akademiyasının elmi işçisi Fuad Dadaşov təmsil olunub.

 

Müsabiqənin nəticələrinə əsasən, I, II, III yerlərin sahibləri müəyyənləşib.  

 



05.06.2020 | 16:14