Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə | |
16-31 may 2020-ci il tarixlərində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib.
40 ölkədən 21 qrossmeyster, 48 beynəlxalq usta, 85 FİDE ustası olmaqla ümumilikdə 277 şahmatçının iştirak etdiyi çempionatın D qrupunda reytinqi 2300-dək olan şahmatçılar arasında mübarizə aparan Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, beynəlxalq usta Murad İbrahimli 8 oyundan 7,5 xal toplayaraq Avropa çempionu elan edilib. “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli isə 2-ci yerə layiq görülüb.
53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda reytinqi 1400-ə qədər olan şahmatçılar arasında çıxış edən digər şahmatçımız, Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayıl 8 oyundan 6,5 xal toplayaraq qadınlar arasında 2-ci yeri tutub.
Turnirin linki: https://chess-results.com/tnr527492.aspx?lan=34&art=1&turdet=YES&flag=30
|
|
03.06.2020 | 18:22 | |
|
|
|