“İlandağ” geoparkı ilə bağlı onlayn müzakirələr | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirilib.
Bölmədən bildirilib ki, iclasda cari ildə görülən işlər, həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Tədbirdə “İlandağ” geoparkının sərhədlərinin dəqiqləşdirilməsi, geoloji, geomorfoloji, landşaft, ekoloji, biomüxtəliflik xəritələrinin hazırlanması, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması, həmçinin ərazidə infrastruktur obyektlərinin müvafiq tələblərə uyğun yenidən qurulmasına dair təkliflərin hazırlanması müzakirə olunub və lazımı tapşırıqlar verilib.
Bölmədən bildirilib ki, Naxçıvan Ali Məclisi sədrinə AMEA rəhbərliyi tərəfindən 2018-ci ildə ünvanlanan məktubda YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması, onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına göstərilən müsbət münasibətə görə minnətdarlıq edilib. Naxçıvan Ali Məclisinin sədri həmin məktubu Naxçıvan Bölməsinə göndərib və “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımı işlərin həyata keçirilməsini tapşırıb.
|
|
03.06.2020 | 15:27 | |
|
|
|