“Refleksiv müəllim” seminarı keçirilib | |
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Şirvan şəhərində “Refleksiv müəllim” seminarı keçirilib.
Seminarın təşkili dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi daşıyır. İbtidai sinif müəllimlərinin və metodistlərin iştirak etdiyi seminarda TİPİİ-nin direktoru Vəfa Yaqublu çıxış edərək “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında məlumat verib.
Seminarda Şirvan şəhər 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lətifə Hüseynovanın 2-ci sinif üzrə Azərbaycan dili dərsi üçün hazırladığı “Əkinçi və canavar” mövzusunda dərs icmalı dinlənilib və müzakirə edilib.
Daha sonra Şirvan şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Tağıyevanın riyaziyyat fənnindən “Ölçü vahidləri” mövzusunda dərs icmalı müzakirə edilib.
Sonda dərsləri müzakirə edilən müəllimlərə TİPİİ-nin “Öyrən - öndə ol!” loqosu yazılmış hədiyyələr, həmçinin “TEAS Press” Nəşriyyat Evinin uşaqlar üçün hazırladığı bədii və informativ kitablar təqdim olunub.
|
|
23.05.2018 | 17:55 | |
|
|
|