Ali təhsil ocağında növbəti ustad dərsi | |
Naxçıvan Dövlət Universitetində artıq ənənə halını alan ustad dərsləri növbəti dəfə universitetin tibb fakültəsində keçirilib. Fakültədə dərsləri Azərbaycan Tibb Universiteti “Normal fiziologiya” kafedrasının professoru Əhməd Kazımov keçib. Mühazirələrdə fakültənin “müalicə işi”, “tibbi profilaktika”, “stomatologiya”, “əczaçılıq” ixtisaslarının tələbələri iştirak ediblər. Professor ali sinir fəaliyyəti, ürək və qan-damar sisteminin, analizatorların fiziologiyası haqda mühazirələr deyib. Mühazirələr hər gün iki dərs olmaqla üç gün davam edib və qarşılıqlı diskussiya şəklində keçirilib. Professor müəllim və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, dərslərdə tələbələlrə birgə fakültənin müəllimləri də iştirak ediblər. Məlumat üçün onu da vurğulayaq ki, universitetin bütün fakültələri, xüsusən də tibb fakültəsinə mütəmadi olaraq Azərbaycandan və Türkiyə Respublikasından professor-müəllim heyəti dəvət olunur. |
|
23.05.2018 | 17:21 | |
|
|
|