Antik və müasir teatr mövzusunda ustad dərsi

Naxçıvan Dövlət Universiteti incəsənət fakültəsinin teatr və mədəniyyətşünaslıq kafedrasında onlayn ustad dərsi keçirilib.

 

“Teatr insanın zamandaşı kimi, antik dövrdən bugünədək” mövzusunda dərsi Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, teatrşünas Vidadi Qafarov  keçib.

 

Teatrşünas alim teatrın yaranmasından bugünə qədərki inkişaf  dövrünə nəzər salıb. Teatrın  cəmiyyətdə oynadığı roldan danışan V. Qafarov yeni dövr teatrının  antik dövrdəki teatr prinsiplərindən  o qədər də kənara çıxmadığını qeyd edib. O, teatra naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirindən də danışıb.  Teatr sənətinin inkişafında müstəsna xidmətləri olan şəxslərin rolunu yüksək  qiymətləndirib.

 

Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

 



20.05.2020 | 16:39