“Peşəkarla görüş” layihəsinə start verilib | |
Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilib.
Layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.
MDU-dan verilən məlumata görə, davamlı olaraq keçiriləcək görüşlərdə ali məktəbin tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edəcəklər.
Bildirilib ki, görüşlərə dəvət olunacaq qonaqların seçimi MDU-nun tələbə və müəllim kollektivinin rəyləri nəzərə alınmaqla həyata keçiriləcək.
“Peşəkarla görüş” layihəsi çərçivəsində keçiriləcək ilk görüşün qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olacaq. “Gənclərin Karyera İnkişafı” mövzusunda keçiriləcək ilk görüş Microsoft Teams platforması üzərindən online formatda təşkil ediləcək.
2020-ci ilin 22 may tarixində saat 13:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər info@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.
|
|
20.05.2020 | 11:59 | |
|
|
|